...

Binə Ticarət Mərkəzində baş vermiş yanğının səbəbləri və dəymiş zərər müəyyənləşdirilir

Hadisə Materials 9 Yanvar 2007 12:37 (UTC +04:00)

Yanvarın 9-da Binə Ticarət Mərkəzində yanğın baş verib. Bu barədə Trend ə FHN Yanğından Mühafizə Xidmətinin Əzizbəyov rayon bölməsindən məlumat verilib.

Bölmədən bildirilib ki, yanğın səhər saatlarında ticarət mərkəzində fəaliyyət göstərən mağazalardan birində baş verib. Təqribən 250 kv.m ərazinin yanar konstruksiyaları sıradan çıxıb. Hadisə yerinə Əzizbəyov rayonunun yanğınsöndürənləri ilə yanaşı digər rayonların yanğınsöndürmə qüvvələri də cəlb edilib və yanğın tamamilə söndürülüb.

Faktla əlaqədar araşdırma aparılır, yanğının səbəbləri və dəymiş ziyan müəyyən edilir.

Xəbər lenti

Xəbər lenti