...

Bakının Atatürk prospektində mənzildə partlayış baş verib

Hadisə Materials 30 Yanvar 2007 12:03 (UTC +04:00)

Yanvarın 29-u saat 19.56 dəqiqədə Bakının Nərimanov rayonu Atatürk prospekti 39, mənzil 52-də partlayış baş verib. Bu barədə Trend ə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Partlayış nəticəsində işsiz, 1950 - ci il təvəllüdlü Həsənov Bəylər Xəlil oğluna məxsus mənzilin dəhlizinin tavanı qarsalanıb, ev sahibi Bəylər Həsənov, həyat yoldaşı 1952-ci il təvəllüdlü Həsəova Kifayət Rza qızı və nəvəsi 2002- ci il təvəllüdlü Həsənova Aytac yanıq xəsarətləri alaraq Bakı şəhər Yanıq mərkəzinə aparılıblar. Partlayışın səbəbi və dəyən ziyan müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti