...

Qanda şəkərin toplanmasına beyinin nəzarət etdiyi sübut olunub

Maraqlı Materials 8 Noyabr 2011 17:56 (UTC +04:00)
ABŞ-dan olan alimlər ilk dəfə olaraq beyinin insan orqanizmində şəkərin metabolizminin əsas tənzimləyici funksiyasını necə yerinə yetirdiyini əyani şəkildə nümayiş etdirməyə nail olublar.
Qanda şəkərin toplanmasına beyinin nəzarət etdiyi sübut olunub

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir X.Murtuzayeva/

ABŞ-dan olan alimlər ilk dəfə olaraq beyinin insan orqanizmində şəkərin metabolizminin əsas tənzimləyici funksiyasını necə yerinə yetirdiyini əyani şəkildə nümayiş etdirməyə nail olublar. Bu barədə "Xinhua" agentliyi xəbər verir.

Onlar bundan belə bir nəticəyə gəliblər ki, beyinə və mərkəzi sinir sisteminə təsir edən preparatlardan diabetin müalicəsinə yeni yanaşma çərçivəsində istifadə etmək mümkündür.

Trend-in məlumatına görə, Yeşiv Universitetinin "Global Diabetes Initiative" proqramının rəhbəri Meredit Houkins qeyd edir ki, beyin daimi olaraq şəkərlə qidalandırılması vacib olan yeganə orqandır. Bundan əvvəl gəmiricilərin timsalında sübut edilmişdi ki, hipotalamusda kalium kanallarının aktivləşdirilməsi qaraciyərin qlükozanın istehsalını artırmasına səbəb olur. Bu, indiyədək şəkərin səviyyəsinə yalnız mədəaltı vəzinin nəzarət etməsi barədə qəti inamla tam ziddiyyət təşkil edir.

İndi bu tədqiqata adamlar da cəlb olunub. Səsləndirilən nəzəriyyəni yoxlamaqdan ötrü alimlər on sağlam şəxsi dəvət ediblər. Onlara diazoksid preparatı verilib. Bununla yanaşı, bu şəxslərin mədəaltı hormonlarının sekresiyası prosesi nəzarətə götürülüb. Bu, şəkərin hazırlanmasında hər hansı dəyişikliyin məhz preparatın beyinə təsir etməsi ilə əlaqədar olduğunu söyləməyə imkan verib.

Qan testləri göstərir ki, dərmanın qəbulundan sonra qaraciyər könüllü olaraq indiyədək hazırladığından kifayət qədər az miqdarda şəkər hazırlayır. Sınaq təkrar olaraq laboratoriya siçanları üzərində də yoxlanılıb. Nəticə eyni olub. Əlavə tədqiqatlar onu da göstərib ki, diazoksid beyindəki hematoensefalik səddi keçib, kalium kanalları blokatorunun beyinə birbaşa tətbiqi isə diazoksidin işini dayandırmağa imkan verib.

Xəbər lenti

Xəbər lenti