...

Həkimi əvəz edəcək çip-həblər sentyabrda satışa çıxarılacaq

Maraqlı Materials 19 Yanvar 2012 13:38 (UTC +04:00)
Ayda cəmi 77 dollar xərcləməklə pasiyentin həyatını dəyişmək mümkün olacaq. Bunun sirri yeni, texnoloji baxımdan "ağıllı" həblərdədir.
Həkimi əvəz edəcək çip-həblər sentyabrda satışa çıxarılacaq

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir X.Murtuzayeva/

Ayda cəmi 77 dollar xərcləməklə pasiyentin həyatını dəyişmək mümkün olacaq. Bunun sirri yeni, texnoloji baxımdan "ağıllı" həblərdədir. Onlar xəstələrə dərmanları necə düzgün qəbul etməyi öyrədəcəklər. Yaxın vaxtlarda onlar Böyük Britaniyada açıq satışa çıxarılacaqlar. Trend-in məlumatına görə, bu barədə "The Telegraph" xəbər verir.

Həblər ələ və ya pasiyentin çiyininə bərkidilən plastır-qəbuledici (ürəkdə elektrik cərəyanlarının göstəricilərini çəkən EKQ plastırlarına bənzər) vasitəsilə dərmanların qəbulu proqramının bütün detallarını yazan mikroskopik çipdən ibarətdir. Yekun məlumat telefona, yaxud kompyüterə daxil olacaq.

Bu ixtira Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pasiyentlərin 50 faizə yaxınının dərmanları düzgün qəbul etmədiyi barədə məlumatı nəzərə alındıqda tamamilə aktualdır.

İstehsalçı şirkətin nümayəndələrinin sözlərinə görə, həb dərmanın nə vaxt qəbul edildiyi, onun hansı dozada orqanizmə daxil olması, pasiyentin ürək döyüntüsünün ritmini və bədən temperaturunu izləməyə qadirdir. Habelə sensor insana həbi yenidən qəbul etməyin lazım olması barədə xəbərdarlıq edir, insanın lazımi həcmdə yatdığını və məşq etdiyini qeydə alır. Ölçüsünə görə çip həb qum dənəsi boydadır. O bu ilin sentyabrında satışa çıxarılmalıdır.

Xəbər lenti

Xəbər lenti