...

Balığın qarnından qədim medalyon çıxdı

Maraqlı Materials 26 Fevral 2012 14:19 (UTC +04:00)
Malayziyanın Malakka limanı yaxınlığında yaşayan 47 yaşlı Suseela Menon kiçik köpək balığını bişirmək üçün içini təmizləyərkən balığın qarnından 10 qram ağırlığında, 7,4x6 santimetr böyüklüyündə medalyon çıxıb.
Balığın qarnından qədim medalyon çıxdı

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Malayziyanın Malakka limanı yaxınlığında yaşayan 47 yaşlı Suseela Menon kiçik köpək balığını bişirmək üçün içini təmizləyərkən balığın qarnından 10 qram ağırlığında, 7,4x6 santimetr böyüklüyündə medalyon çıxıb.

Trend-in bazar günü Türkiyə KİV-ə istinadən yaydığı məlumata görə, medalyonun üzərində "Antoni" sözü yazılıb və bir qadın başının profili həkk olunub.

Alimlər XVI əsrdə Malakka boğazı sahillərini ələ keçirmiş portuqaliyalı dənizçilərin uğur gətirəcəyinə inandıqları üçün bu cür medalyonlar taxdıqlarını bildirirlər. Onlar bu medalyonun Portuqaliyada XIII əsrdə taxta çıxan I Dinişin arvadı Yelizabet von Araqona məxsus olduğunu güman edirlər.

Xəbər lenti

Xəbər lenti