...

Dünyanın ən yaşlı milyarderi vəfat edib

Maraqlı Materials 28 İyun 2012 15:32 (UTC +04:00)
Dünyanın ən yaşlı milyarderi Uolter Hefner İsveçrədə vəfat edib. Milyarder hələ iyunun 19-da dünyasını dəyişsə də, bu barədə yalnız indi məlum olub.
Dünyanın ən yaşlı milyarderi vəfat edib

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Dünyanın ən yaşlı milyarderi Uolter Hefner İsveçrədə vəfat edib. Milyarder hələ iyunun 19-da dünyasını dəyişsə də, bu barədə yalnız indi məlum olub. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Hefner həyatının son gününədək müntəzəm şəkildə Sürixdə yerləşən şirkətinin ofisinə baş çəkib. Onun yaratdığı və avtomobil satışı ilə məşğul olan şirkətinin saytında Hefnerin "uzun və maraqlı həyat yaşayaraq öldüyü" bildirilir.

"Forbes" jurnalının versiyası üzrə tərtib olunmuş dünyanın ən varlı adamlarının siyahısında 101 yaşlı isveçrəli 248-ci yeri tutub. İsveçrənin özündə isə ondan daha varlı olmaları ilə yalnız iki nəfər lovğalana bilər.

Hefner Təxminən 4,3 milyard dəyərində olan sərvətini İsveçrəyə avtomobil idxal etməklə qazanıb. İsveçrəyə Volkswagen, Seat, Skoda və Audi avtomobillərinin iri tədarükçüsü olan "Automobil-und Motoren AG" avtomobil diler şəbəkəsi onun ailəsinə məxsusdur.

Bununla yanaşı, o, informasiya texnologiyaları sahəsində də bizneslə məşğul olub. O, ABŞ-ın "CA Technologies" korporasiyasında ən böyük pay sahibi olub.

Hefnerin həyatdan getməsi ilə varlılar arasında "patriarx" yerini 97 yaşlı amerikalı bankir Devid Rokfeller tutub. O, bu gün Rokfellerlər evinin rəhbəridir.

Xəbər lenti

Xəbər lenti