...

Bədənindən tük əvəzinə dırnaq çıxır

Maraqlı Materials 11 Avqust 2012 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir M.Salmanov/

ABŞ-da allergik reaksiya keçirdikdən sonra bədənində tük əvəzinə dırnaq çıxmağa başlayan universitet tələbəsi həkimləri heyrətləndirib. Bu barədə Trend şənbə günü Türkiyə mətbuatına istinadən məlumat verir.

ABŞ-ın Memfis şəhərində yaşayan Şanina Aysom 3 il əvvəl allergik reaksiya keçirdikdən sonra bədənində dırnaqlar çıxmağa başlayıb. Həkimlər bu xəstəliyin çarəsini tapmaqa çətinlik çəkirlər.

28 yaşlı Aysom 2009-cu ildə astma tutmasından sonra qəbul etdiyi kortizon dərmanı onun bədənində qaşınmaya səbəb olub. Qaşıntılarla birlikdə Aysomun bədəninin hər yerində qara rəngli şişlər sonra isə dırnaqlar çıxmağa başlayıb.

Həkimlər dünyada ilk dəfə belə bir xəstəliyə rast gəlindiyini bildirirlər. "Tüklərin yerinə çıxan dırnaqlar dərimin nəfəs almasını çətinləşdirir. Əvvəllər hətta ayağa qalxa bilmirdim, indi isə köməklə yeriyə bilirəm" , - Aysom qeyd edib.

Xəstəliyi müalicə etdirmək istəyən Aysomun ailəsi xeyli pul xərcləyib və maddi cəhətdən çətin vəziyyətə düşüb.

Xəbər lenti

Xəbər lenti