...

Hillari Klinton Londonda cərimə olundu

Maraqlı Materials 17 Oktyabr 2013 23:28 (UTC +04:00)
ABŞ-ın sabiq dövlət katibi və Nyu York senatoru Hillari Klinton Beynəlxalq Diplomatiya Mükafatını almaq üçün gəldiyi Londonda cərimə olunub.
Hillari Klinton Londonda cərimə olundu

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

ABŞ-ın sabiq dövlət katibi və Nyu York senatoru Hillari Klinton Beynəlxalq Diplomatiya Mükafatını almaq üçün gəldiyi Londonda cərimə olunub.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, H.Klinton "Mercedes" markalı avtomobilini saxladığı yerə görə ödəniş etmədiyi üçün Vestminster bələdiyyəsinin Nəqliyyat departamenti tərəfindən 80 funt-sterlinq cərimə olunub. H.Klintonun avtomobilin yanında olan mühafizəçiləri departament əməkdaşının cərimə yazmasına mane ola bilməyiblər.

Parklandırma cəriməsi 14 gün ərzində ödənilsə, yarıbayarı azalaraq 40 funt-sterlinqə düşəcək.

Xəbər lenti

Xəbər lenti