...

Himmlerin məktubu İsraildə tapıldı

Maraqlı Materials 25 Yanvar 2014 10:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Nasist Almaniyasının rəhbərlərindən biri, SS reyxsfüreri Henrix Himmlerə məxsus məktub və digər sənədlər İsraildəki şəxsi arxivlərdən birində aşkar edilib. Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verir.

Məktub 1927-ci ildən 1945-ci ilədək böyük zaman kəsiyini əhatə edir və H.Himmlerin həyat yoldaşı Marqaretə ünvanlanıb. Həmçinin arxivdə əvvəllər dərc edilməmiş fotolar, qeydlər və digər kağızlar saxlanılıb.

Sənədlər uzun müddət adı açıqlanmayan İsrail vətəndaşında olub. Lakin onların hansı yolla bu adamda olması məlum deyil. Bundan sonra sənədlər şəxsi arxivə düşüb və hazırda Təl-Əvivdəki banklardan birində saxlanılır.

Almaniya Federal Arxivinin ekspertizası sənədlərin orijinallığını təsdiqləyib. Rəydə bildirilir ki, Təl-Əvivdəki sənədlərin həqiqiliyinə şübhə etmək üçün heç bir əsas yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti