...

Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar

Maraqlı Materials 24 Fevral 2014 19:47 (UTC +04:00)
Səudiyyə Ərəbistanı məhkəməsi yaşlı anasına əl qaldıraraq dişini vurub çıxartdığına görə kişini "əvəz əvəzə" prinsipi ilə cəzalandırıb.
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Səudiyyə Ərəbistanı məhkəməsi yaşlı anasına əl qaldıraraq dişini vurub çıxartdığına görə kişini "əvəz əvəzə" prinsipi ilə cəzalandırıb.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hakim Turki əl-Qərni adı bildirilməyən 30 yaşlı kişinin dişinin vurub çıxardılması barədə qərar verib. Bundan başqa, məhkəmə müttəhimi 5 il azadlıqdan məhrum edib və ona 2400 şallaq zərbəsi vurulmasını hökm edib.

Bundan sonra müqəssir hər 10 gündən bir şəhər bazarına gətirilərək camaatın gözü qarşısında 40 dəfə şallaqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti