...

Madonna yoxsul qardaşına yardımdan imtina etdi

Maraqlı Materials 6 Noyabr 2014 12:10 (UTC +04:00)
Müğənni Madonna atasının israrlı xahişlərinə baxmayaraq, evsiz qardaşına maliyyə yardımı göstərməkdən imtina edib.
Madonna yoxsul qardaşına yardımdan imtina etdi

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Müğənni Madonna atasının israrlı xahişlərinə baxmayaraq, evsiz qardaşına maliyyə yardımı göstərməkdən imtina edib. Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

56 yaşlı pop ulduz böyük qardaşı Entoninin Miçiqandakı qarajda məskunlaşması, bir neçə qabırğasının və topuğunun sınıqlarından əziyyət çəkməsi faktına laqeyd qalıb.

Məlumatda deyilir ki, müğənninin böyük ailəsində o və digər qardaşı Mario alkoqol asılılığından əziyyət çəkən Entoninin yardım göstərilməyə layiq olmadığını hesab edirlər. Madonnanın digər beş qardaş və bacısı, eləcə də ailənin başçısı onun evsiz qardaşına madi dəstək göstərməkdən imtina etməsindən narazı qalıblar. "Madonna və Mario Entoninin daha bir şansa layiq olmadığını hesab edirlər".

Entoni özü isə bacısı ilə artıq bir neçə ildir görüşmədiyini bildirib. O, bacısının onu gördükdə tanıyacağına şübhə ilə yanaşır: "Doğrusu budur ki, mənim sağ və ya ölü olmağımın onun üçün fərqi yoxdur".

Madonna öz bioqrafiyasında uşaqlıqdan narkotiklərdən asılı olan və onu daim ələ salan iki böyük qardaşı ilə yola getmədiyini qeyd edir.

Hazırda müğənninin varidatı 500 milyon dollar həcmində dəyərləndirilir.

Madonna Luiza Çikkone ABŞ-ın Miçiqan ştatında doğulub. Anası 30 yaşında ikən altıncı övladını dünyaya gətirdikdən altı ay sonra xərçəng xəstəliyindən vəfat edib. O vaxt Madonna 5 yaşında olub. Atası Toni Çikkone demək olar ki, dərhal ikinci dəfə evlənib. İkinci nikahdan iki övladı doğulub. Uşaqların hamısının tərbiyəsi ilə onların analığı məşğul olub.

2003-cü ildə Madonna valideynlərinə "Mother and Father" bəstəsini həsr edib. Mahnıda anasının ölümündən sonra yaşadığı çətin anlardan bəhs olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti