...

Hindistanın rəngarəng dul qadınları (FOTO)

Maraqlı Materials 8 Mart 2015 01:17 (UTC +04:00)
Hindistanda bu günlərdə Holi bayramı - yazın gəlişi münasibətilə boya festivalı keçirilir
Hindistanın rəngarəng dul qadınları (FOTO)

Azərbaycan, Bakı, 8 mart /Trend/

Hindistanda bu günlərdə Holi bayramı - yazın gəlişi münasibətilə boya festivalı keçirilir.

Trend-in məlumatına görə, bu festivalda insanlar bir-birinə rəngli toz və ya müxtəlif rənglər qatılmış su atırlar.

Bu bayram Hindistanın ən sevilən bayramlardan biri hesab olunur, həm də təkcə hinduistlər deyil, digər konfessiyalar da qeyd edirlər.

Holi bayramı Uttar-Pradeş ştatında dul qadınların yaşadığı aşramlarda - monastırlarda da populyardır.

Hinduizm təliminə görə, onlar bir daha ərə gedə bilməzlər və ölənədək ağ - matəm rəngində paltar geyinməlidirlər. Dul qadınların ailəyə bədbəxtlik gətirdiyi hesab olunur, buna görə də onların əksəriyyəti aşramlara üz tuturlar.

Holi ağ paltarlı qadınları da rəngarəng edir...

Xəbər lenti

Xəbər lenti