...

6 il saçlarını yumadı (FOTO)

Maraqlı Materials 8 Aprel 2015 22:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Nyu Yorkda yaşayan gənc qadın 6 il saçlarını yumayıb.

Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Sara Teebum adlı qadın bu dövrdə qazandığı təcrübəni hamı ilə paylaşmaq qərarına gəlib.

Onun sözlərinə görə, ilk 6 həftə ərzində saçları iyrənc vəziyyətə düşüb və heç kimə göstərmək istəməyib: "Bundan sonra saçlarım daha sağlam və parlaq olmağa başladı".

Qadın iddia edir ki, saçlar şampunsız da öz-özünü təmizləyə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti