...

Yuxu saatınıza fikir verin, yoxsa...

Maraqlı Materials 27 Fevral 2017 22:17 (UTC +04:00)

Bakı. Trend:

Yuxu çatışmazlığından əziyyət çəkən insanlar gün ərzində lazımi saatlarda yatan insanlara nisbətən daha çox kökəlməyə meyillidir.

Trend bildirir ki, Yaponiyanın Vaseda Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.

Məlumata görə, mütəxəssislər 3 gün ərzində iki müxtəlif qrup üzərində təcrübə aparıb. Qruplardan biri gün ərzində 7 saat, digər qrup isə iki dəfə az yatıb.

Nəticədə daha az yatan şəxslərdə iştaha cavab verən hormonlar 10 faiz azalıb.

Bununla belə, həmin qrup növbəti gün normal 7-8 saat yatdıqdan sonra hormonlar bərpa olunub.

Alimlər qeyd edir ki, yuxunun fiziki fəaliyyət və qidalanma ilə əlaqəsi çox güclüdür. Qeyd olunur ki, yuxu çatışmazlığı insanın daha çox yemək istəməsinə gətirib çıxarır.

Xəbər lenti

Xəbər lenti