Bakı. Trend:
UEFA Millətlər Liqasının 2022/23 mövsümündə keçiriləcək qrup mərhələsinin püşkü atılıb.
Trend-in məlumatına görə, püşkatma mərasimi Nyon şəhərində keçirilib.
Məlumata əsasən, hazırkı Avropa çempionu İtaliya millisi A divizionunun 3-cü qrupunda İngiltərə, Almaniya və Macarıstan komandaları ilə qarşılaşacaq.
Birinci qrupa Fransa, Danimarka, Xorvatiya və Avstriya, ikinci - İspaniya, Portuqaliya, İsveçrə və Çexiya, dördüncü qrupa isə Belçika, Hollandiya, Polşa və Uels yığmaları düşüblər.
Azərbaycan millisi C divizionun 3-cü qrupunda Belarus, Slovakia millisi və Qazaxıstan/Moldova cütünün qalibləri ilə qarşılaşacaq.
Qrup mərhələsinin oyunları 2022-ci ilin iyun və sentyabr aylarında keçiriləcək.