...

Ermənistanın XİN nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2007 18:21 (UTC +04:00)

Almaniya, Berlin / Trend , müxbir A. Məhərrəmli/ İrəvanda hesab edirlər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır. "Hər iki tərəf Avropa Şurası qarşısında, münaqişənin sülh yolu ilə həllinə dair öhdəliyə malikdir, bu səbəbdən də sülh yaratmaq və müharibənin qarşısını almaq lazımdır" - deyə Ermənistan XİN-in Dağlıq Qarabağ münaqişəsi üzrə qrupunun üzvü Varujan Nersisyan çərşənbə axşamı Berlində "dondurulmuş münaqişələr" probleminə həsr olunmuş dinləmələr zamanı bəyan edib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Trend in verdiyi məlumata görə, Nersisyan Avropa Şurasının Parlament Assambleyasının Monitorinq Komitəsi tərəfindən Almaniyanın beynəlxalq məsələlər və təhlükəsizlik institutu ilə birlikdə noyabrın 5-6-da Berlində "dondurulmuş münaqişələr"inə dair müzakirələrdə Dağlıq Qarabağın iştirakını mühüm hesab edir.

Ermənistan nümayəndəsi hesab edir ki, münaqişənin həlli üç mərhələdə baş verə bilər. Birinci mərhələ, hər iki millətin müqəddəratını təyinetmə prinsipinə olan hüququnu nəzərə almaqla, gələcək statusun müəyyən olunması, ikinci, Laçın rayonu vasitəsilə nəqliyyat dəhlizinin açılması, əhalinin təhlükəsizliyinə təminat verilməsi.

Xəbər lenti

Xəbər lenti