...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Noyabr 2007 10:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 25-də saat 13.12-dən noyabrın 26-ı saat 00.16-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, noyabrın 26-da saat 00.50-dən 02.10-dək fasilələrlə Tərtər rayonunun Göyarx və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə bazar ertəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti