...

Rəsmi Bakı Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ üzrə məruzəsindən narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2007 14:21 (UTC +04:00)
Rəsmi Bakı Beynəlxalq Böhran Qrupunun  Dağlıq Qarabağ üzrə məruzəsindən narahatdır

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Azərbaycan Beynəlxalq Böhran Qrupunun (BBQ) Dağlıq Qarabağ problemi üzrə son məruzəsində gətirilən faktlardan narahatdır və bu təşkilatın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağına şübhə ilə yanaşır. Bu barədə çərşənbə günü Bakıda jurnalistlərə BBQ məruzəsinin ictimai müzakirəsi zamanı Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin əməkdaşı Həsən Məmmədzadə bəyan edib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Onun sözlərinə görə, BBQ-nın məruzəsində Azərbaycanın iqtisadi inkişafı, neft gəlirlərinin və korrupsiyanın artması düzgün əks olunmayıb, lakin hesabatda hərbi xərclərin artması hərbi əhval-ruhiyyənin yüksəlməsi kimi göstərilir. Məmmədzadə bildirib ki, Ermənistanın silahlanması isə BBQ-da narahatçılıq yaratmır.

Beynəlxalq Böhran Qrupunun nümayəndəsi Kler Delesar çərşənbə günü məruzəsində bildirib ki, Azərbaycan və Ermənistanda hərbi hazırlıq gedir. O bildirib ki, hərbi əməliyyatların 2012-ci ildə, Azərbaycanın neft gəlirlərinin azalacağı zaman yenidən başlaması mümkündür.

"Neft gəlirləri azaldıqdan sonra vəziyyət ağırlaşa bilər və yalnız vətəndaş cəmiyyəti münaqişənin nizamlanmasında mühüm rol oynaya bilər" - deyə Delesar bildirib.

Məmmədzadə həmçinin qeyd edib ki, BBQ nüfuzlu təşkilatdır və Dağlıq Qarabağa dair məruzənin yayılması çox mühümdür və müsbət haldır. Lakin sənəddə hər iki tərəfin mövqeyi qeyri-obyektiv göstərilib.

"Məruzədə qaçqınların hüquqları nəzərə alınmır və onların köçməsində günahkar olanlar açıqlanmır" - deyə o söyləyib.

Məmmədzadə bildirib ki, məruzədə Dağlıq Qarabağ və digər işğal olunmuş Azərbaycan ərazilərində qəbirlərin və abidələrin dağıdılmasına dair məlumatlar da yer almayıb.

Xəbər lenti

Xəbər lenti