...

Kosovoda vəziyyətin inkişafı Azərbaycanı heç cür qane edə bilməz - nazir mü0avini(video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Dekabr 2007 16:06 (UTC +04:00)
Kosovoda vəziyyətin inkişafı Azərbaycanı heç cür qane edə bilməz - nazir mü0avini(video)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Kosovoda vəziyyətin inkişafı Azərbaycanı heç cür qane edə bilməz. Bu barədə jurnalistlərə bazar ertəsi xarici işlər nazirinin müavini, Azərbaycan prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Araz Əzimov məlumat verib.

"Kosovonun digər münaqişələr üçün presedent ola biləcəyi barədə bəyanat Azərbaycanı qorxutmamalıdır" - deyə nazir müavini bildirib.

Əzimovun sözlərinə görə, bu presedent Azərbaycana təsir göstərə bilər, lakin "ölkə bu çağırışı qəbul etməyə hazır olacaq".

RF-nin xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Kosovonun statusu keçmiş sovet məkanında tanınmamış respublikalar üçün presedent olacaq.

Xəbər lenti

Xəbər lenti