...

Ermənilər Tərtər çayının qarşısını açıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2007 03:26 (UTC +04:00)

Azərbaycan, Bərdə / müxbir Trend Ş.Cəliloğlu / Mənbəyini Tərətr rayonunun işğal altında olan Sərsəng su anbarından götürən Tərtər çayının qarşısını açtığı üçün çayın səviyyəsi xeyli artıb. Tərtər rayonunun Suvarma sistemləri idarəsinin mühəndisi Zahid Ağayevin "Trendin" bölgə müxbirinə verdiyi məlumata görə, Tərtər çayının yay aylarında saniyyədə 13-15 kub su götürülürdüsə, hazırda bu rəqəm 25-30 kuba bərabərdir. Z.Ağayev onuda qeyd etdi ki, yay aylarında Azərbaycan tərəfində əkinin və piçinin qızğın vaxtında çayın qarşısını bağlayırlar. Qış aylarında isə açırlar. Xatırladaq ki, Tərtər çayının vasitəsi ilə əvvəllər 70% ərazini suvarmaq mümkünüydürsə hal hazırda bu göstərici 15% enib. Qalan ərazini isə artizyan quyularının suyu ilə suvarırlar.

Xəbər lenti

Xəbər lenti