...

Azərbaycan Qarabağ separatçılarının Rusiya Dumasına dəvət olunması ilə bağı tədbirlər görəcək – nazir müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2008 14:02 (UTC +04:00)
Azərbaycan Qarabağ separatçılarının Rusiya Dumasına dəvət olunması ilə bağı tədbirlər görəcək – nazir müavini

Azərbaycan, Bakı, 21 fevral / Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı Rusiya Dövlət Dumasında dondurulmuş münaqişələrlə bağlı dinləmələrdə qondarma Dağlıq Qarabağ Respublikası rəhbərinin iştirakının qarşısını almaq üçün siyasi-diplomatik tədbirlər görəcək. "Bu məsələ ilə Azərbaycanın Rusiyadakı səfirliyi məşğul olacaq" - deyə cümə axşamı jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Qarabağ separatçılarının nümayəndə heyəti  Rusiya Dövlət Dumasında martda keçiriləcək MDB ərazilərindəki münaqişələrlə bağlı dinləmələrə dəvət olunub. Bunu jurnalistlərə Dumanın MDB ölkələri ilə iş və həmvətənlilərlə əlaqə üzrə Komitəsinin sədr müavini Konstatin Zatulin deyib.

Nazir müavini qeyd edib ki, əgər zərurət yaranarsa, Azərbaycan Parlamenti məsələ ilə bağlı Rusiya Dövlət Dumasına müraciət edəcək: "Yəqin ki, müvafiq səviyyələrdə təmaslar olmalı və bununla bağlı izahatlar verilməlidir, müraciətlər edilməlidir".

Xəbər lenti

Xəbər lenti