...

Azərbaycanın müdafiə naziri cəbhə bölgəsindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2008 12:41 (UTC +04:00)

Azərbaycan, Bərdə, 06 mart / Trend ", müxbir Ş.Cəliloğlu/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev martın 6-da cəbhə bölgəsi olan Tərtər rayonuna gəlib. Trend in bölgə müxbirinin məlumatına görə, müdafiə naziri ötən ilin yekunlarına dair keçirilən hesabat iclasında iştirak edir.

Məlumata görə, müdafiə nazirinin hesabat yığıncağından sonra son günlər atəşkəs rejimi pozulan əraziyə də baş çəkəcəyi gözlənilir.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də səhər saatlarından başlayaraq növbəti dəfə atəşkəs rejimini pozublar. Bunun nəticəsində də cəbhənin bir neçə istiqamətində vəziyyət gərginləşib. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, martın 4-5-də atəşkəsin pozulması nəticəsində Ermənistan Silahlı Qüvvələri 12 hərbçisini itirib, 15 əsgəri isə yaralanıb. Döyüşlər zamanı Azərbaycan Milli Ordusunun 4 əsgəri şəhid olub. Hazırda qoşunların təmas xəttində nisbi sakitlikdir.

Atəşkəs rejimi əsasən Tərtər rayonunun Göyarx və Qızıl Oba kəndləri istiqamətində pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidməti Əbiyevin hesabat yığıncağında iştirak etmək üçün Tərtərə getdiyini təsdiqləyib, ancaq bu səfərin cəbhə bölgəsində son günlər yaranmış gərginliklə bağlı olmadığını bildiriblər.

Xəbər lenti

Xəbər lenti