...

Ümid edirəm ki, Azərbaycanda həbsdə olan üç jurnalistin məsələsi xoş sonluqla həll olunacaq- AŞ Nazirlər Komitəsinin sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Aprel 2008 20:19 (UTC +04:00)
Ümid edirəm ki, Azərbaycanda həbsdə olan üç jurnalistin məsələsi xoş sonluqla həll olunacaq- AŞ Nazirlər Komitəsinin sədri

Fransa,Strasburq, 15aprel/ Trend , müxbir A.Məhərrəmli/ AŞ Nazirlər Komitəsinin sədri Yan Kubiş ASPA- nın yaz sessiyasında çıxışında Cənubi Qafqazla bağlı danışarkən bildirib ki, AŞ Nazrilər Komitəsinin Aqo qrupu Azərbaycan və Ermənsitanın AŞ-na üzv olarkən üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi vəziyyətini dəyərləndirmək üçün, sözügedən ölkələrə martın 30-dan aprelin 4-dək səfər edib. Aparılan müzakirələr Dağlıq Qarabağ münaqişəsi və onun həlli yollarının müzakirəsində əsas mövzulardan biri olub.

Ermənsitana səfər zamanı Aqo qrupu Avropa Şurasının təşviq etdiyi insan haqlarının qorunması, demokratiya və hüquqi dövlət dəyərləri baxımından, Ermənistanda martın 1-dən sonra baş verən hadisələrə xüsusi diqqət ayırıb. Müzakirələrdə Ermənistandakı bütün maraqlı tərəflər arasında dialoqun bərpası və islahatların davam etdirilməsi diqqət mərkəzində olub. AŞ -nin İnsan haqları üzrə Komissarı və Aqo qrupu öz hesabatlarında Ermənsitandakı vəziyyəti əks etdirib və Ermənistan hakimiyyətini insan haqları, demokratiya və hüquqi dövlət prinsiplərinə hörmət olunmasını təmin etməyə dəvət edib. AŞ Nazirlər Komitəsi bu sahədə lazımi dəstəyi verəcəyini bəyan edir.

Aqo qrupunun Azərbaycana rəsmi səfəri zamanı oktyabrda keçiriləcək prezident seçkilrəi, Dağlıq Qarabağ münaqişəsi, söz və mətbuat azadlığı, "siyasi məhbus hesab edilən" şəxslərlə bağlı məsələlər əsas müzakirə mövzusu olub. Aqo qrupunun da bildirdiyi kimi: "Kimsə öz yazdığına görə həbs edilməməlidir". Ümid edirəm ki, Azərbaycanda həbsdə olan üç jurnalistin məsələsi xoş sonluqla həll olunacaq. Azərbaycana aprelin sonunda olacaq səfərim zamanı hakimiyyət orqanları ilə bu məsələni müzakirə edəcəyəm.

Xəbər lenti

Xəbər lenti