...

Qoşunların təmas xəttində keçirilməsi planlaşdırılan monitorinq baş tutmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2008 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir E.Hüseynli / ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 3-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəmli kəndi yaxınlığında qoşunların təmas xəttində keçirilməsi planlaşdırılan monitorinq baş tutmayıb. Bu barədə Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarəti altından çıxıb. 1992-93-cüillərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin may ayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır. Atəşkəs rejiminin qorunması üçün ATƏT qoşunların təmas xəttində monitorinq aparır.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu gün keçirilməsi planlaşdırılan monitorinqə qədər Qazax rayonunun İcra Hakimiyyətində brifinq təşkil edilib. Brifinq zamanı cəbhə xəttində baş verən bütün hadisələr ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndələrinin səhra köməkçilərinin diqqətinə çatdırılıb. Səhra köməkçiləri monitorinqin keçirilməməsinə dair qərar qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti