...

Bakı-İrəvan-Moskva video-körpüsü keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2008 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun/ Trend , müxbir M.Əliyev/ Azərbaycan, Ermənistan və Rusiya siyasətçiləri çərşənbə günü prezidentlər İlham Əliyev və Serj Sərkisyanın iyunun altısında Sankt-Peterburqda, MDB ölkələri başçılarının qeyri-rəsmi sammiti çərçivəsində keçirilmiş ilk görüşünü müzakirə ediblər.

Bakı-İrəvan-Moskva video-körpüsünün iştirakçıları - politoloq Aleksandr İsgəndəryan, Şavarş Köçəryan, Asim Mollazadə, Fikrət Sadıqov və tarixçi Eldar İsmayılov vahid rəyə gəliblər ki, "iki xalq bir-birinə qarşı döyüş ruhundadırlarsa", iki ölkə prezidentlərinin görüşləri Dağlıq Qarabağ münaqişəsi problemlərini həll edə bilməz.

Azərbaycanın Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin rəyinə görə, müxtəlif peşə qruplarının azərbaycanlı və erməni nümayəndələri əvvəllər də görüşüblər, lakin vahid qərara gələ bilməyiblər.

İsgəndəryan hesab edir ki, nə qədər ki, Azərbaycan və Ermənistan xalqları öz rəhbərlərindən, həqiqətən də, Qarabağ münaqişəsinin dinc həllini tələb etməyiblər, bu məsələdə hansısa irəliləyişi gözləmək lazım deyil.

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hansısa dəqiq vaxt çərçivələri ola bilməz.. Bu vəziyyət istənilən an xarici qüvvələrin təsiri ilə kəskinləşə bilər", - politoloq Fikrət Sadıqov bildirib.

O qeyd edib ki, erməni xalqı artıq Dağlıq Qarabağla bağlı vəziyyətdən yorulub. "İrəvandakı mart hadisələri və erməni hakimiyyətinin böhranı bunu göstərib", - politoloq əlav edib.

"Hər iki tərəf kompromisə gəlmədikləri və problemi birdəfəlik həll etmədikləri halda, bu münaqişənin həlli onillərlə davam edə bilər", - erməni politoloq İsgəndəryan qeyd edib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti