...

Amerikalı konqresmen ABŞ Konqresində Xocalı faciəsi ilə bağlı bəyanatla çıxış edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2009 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir E.Rüstəmov / Amerikalı konqresmen ABŞ Konqresində Xocalı faciəsi ilə bağlı bəyanatla çıxış edib.

"26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalıb. Bu qanlı hadisə zamanı Ermənstan silahlı qüvvələri tərəfindən 2000-dən artıq insan vəşicəsinə öldürülüb, yaralanıb və əksəriyyəti qadın, uşaq, qocalar olmaqla girov götürülüb", - Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend -a Kentukki ştatından olan konqresmen Ed Uitfidin Konqresin nümayəndələr palatasının iclasında bunu bəyan etdiyini bildiriblər.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Bu əsl soyqırımı olub. Xocalıda qətlə yetirilən 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca olub.  

Konqresmenin çıxışı İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə Baş Əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində baş tutub. Spiker Nensi Pelosiyə müraciət edən respublikaçı konqresmen, ona Xocalıda baş verənlər barədə ətraflı məlumat verib.

Konqressmen deyib ki, Xocalıda baş verənlər müasir dövrdə Qafqazda və Xəzər regionunda baş verən ən qanlı hadisədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti