...

Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanma prosesinin nəticəsi bu ölkələrin hakimiyyətlərindən asılıdır – fransalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2009 13:57 (UTC +04:00)
Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanma prosesinin nəticəsi bu ölkələrin hakimiyyətlərindən asılıdır – fransalı həmsədr

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir E.Tarıverdiyeva /

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye hesab edir ki, Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanma prosesinin nəticəsi Azərbaycan və Ermənistan hakimiyyətlərindən asılıdır. Bu barədə o, cümə axşamı Yerevandan Bakıya səfəri zamanı bildirib. Fransalı həmsədr dünən Yerevanda Minsk Qrupunun rusiyalı və amerikalı həmsədrləri ilə birgə Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar aparıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Fransalı həmsədr hesab edir ki, münaqişənin nizamlanması prosesində həqiqətən də, müəyyən irəliləyiş var, buna vasitəçilərin fəallaşması da sübutdur.

"Yerevanda keçirilən görüşlərdə müəyyən ruh yüksəkliyi var idi və biz təsdiq edir ki, münaqişənin həlli üzərində fəal iş gedir", - deyə Fasye bildirib.

Xəbər lenti

Xəbər lenti