...

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2009 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun / Trend /

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi mandatına uyğun olaraq iyunun 30-da Azərbaycan Respublikası Tovuz rayonunun Koxanəbi kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazin keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palantinus, İrei Aberle və Vladimir Çontulov keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti