...

Azərbaycanda avqustda 2618950 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2009 11:42 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən Trend News-a çərşənbə axşamı verilən məlumata görə, həmin ərazilərdən 9430 PHS və mina aşkar edilərək zərərsizləşdirilib.
Azərbaycanda avqustda 2618950 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda bu ilin avqustunda 2618950 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən Trend -a çərşənbə axşamı verilən məlumata görə, həmin ərazilərdən 9430 PHS və mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət, 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 110263642 kvm ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 477602-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa rayonlarında və Bakı şəhərinin Qaradağ rayonu ərazisində aparılır.

Hesabat dövründə 1 mina/PHS hadisəsi qeydə alınıb və nəticədə 1 nəfər yüngül dərəcəli bədən xəsarəti alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti