...

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycandadırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2009 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir M.Əliyev /

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanda səfərdədirlər. Bu barədə Trend -a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya) və Robert Bradtke (ABŞ) bu gün Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə danışıqlar aparacaqlar.

Bakıdan sonra vasitəçilər danışıqların Ermənistan rəhbərliyi ilə davam etdirilməsi üçün Yerevana səfər edəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti