...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Noyabr 2009 09:53 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar.
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir A.Axundov/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 13-də saat 08.25-dən 08.35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 14.35-dən 14.40-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 16.10-dan 16.20-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 17.10-dan 17.30-dək və 17.30-dan 17.35-dək Ağdam rayonunun Nəmirli və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 18.15-dən 18.23-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti