...

Türkiyənin dövlət naziri Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini təsdiqləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Dekabr 2009 12:34 (UTC +04:00)
Türkiyənin dövlət naziri və ölkənin Aİ-yə daxil olması üzrə danışıqlarda Türkiyə nümayəndə heyətinin başçısı Eqemen Baxış bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini təsdiqləyib.
Türkiyənin dövlət naziri Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini təsdiqləyib

Belçika, Brüssel, 2 dekabr / Trend , müxbir T.Mahmud/

Türkiyənin dövlət naziri və ölkənin Aİ-yə daxil olması üzrə danışıqlarda Türkiyə nümayəndə heyətinin başçısı Eqemen Baxış bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini təsdiqləyib.

"Türkiyə Sovet İttifaqının süqutundan sonra Ermənistanın müstəqilliyini tanıyan birinci ölkə olub, lakin Ermənistan Qarabağa soxulduqda biz sərhədlərimizi bağlamaq məcburiyyətində qaldıq", - o, Avropa Parlamentinin Xarici İşlər Komitəsinin üzvlərinə deyib.

"Azərbaycanlılar - bizim qardaşlarımızdır və bu problemlə bağlı razılıq əldə olunmadan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması çətin olacaq", - o əlavə edib.

Diplomatik münsibətlərin qurulması və bütün sərhədlərin açılmasına dair oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistan arasında imzalanmış iki protokol Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən ratifikasiya edilməsi üçün parlamentə təqdim edilib.

Baxış vurğulayıb ki, Türkiyə Cənubi Qafqaz regionunda sülhməramlı rolunu oynamağa davam edəcək və qeyd edib ki, Türkiyə və Ermənistan arasında münasibətlərin bərpası bütün region üçün faydalı olacaq.

Отвечая на вопрос о возможности ратификации двух протоколов, он объяснил, что премьер-министр Турции поддерживает процесс ратификации, но он ожидает жестких дебатов в парламенте по этому вопросу.

İki protokolun ratifikasiya edilməsinin mümkünlüyü barədə suala cavab verərkən o deyib ki, Türkiyənin Baş naziri ratifikasiya prosesini dəstəkləyir, lakin bu məsələ ilə bağlı parlamentdə ciddi debatlar olacağını istisna etmir.

Xəbər lenti

Xəbər lenti