...

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli nizamlanması prosesini dəstəkləyir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2010 16:12 (UTC +04:00)
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli nizmlanması prosesini dəstəkləyir, belə ki, bir gün ərzində bütün problemləri həll etmək mümkün deyil", - bu barədə bazar ertəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli nizamlanması prosesini dəstəkləyir (ƏLAVƏ OLUNUB)

RED. əlav.: 3-cü abzasdan sonra təfərrüatı ilə əlavə olunub

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir Ü.Sadıxova/

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli nizmlanması prosesini dəstəkləyir, belə ki, bir gün ərzində bütün problemləri həll etmək mümkün deyil", - bu barədə bazar ertəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.

Azərbaycan tərəfi hesab edir ki, dünyada mövcud münaqişələr diplomatik yolla həll edilməlidir.

"Demək istərdim ki, münaqişənin diplomatik yolla həlli üçün imkanlar var", - nazir bildirib. - "Altı il bundan öncə Paris prosesinə start verildi. Bunun nəticəsində 2007-ci ildə Madrid prinsipləri təsdiqləndi. Son iki il ərzində prezidentlərin, XİN rəhbərlərinin fəal görüşləri, həmsədrlərin regiona intensiv səfərləri olub. Bütün danışıqların nəticəsi kimi, ötən ilin dekabr ayında tərəflərə Madrid prinsiplərinin yenilənmiş variantı təqdim olunub".

Nazirin sözlərinə görə, Azərbaycan bu sənədi qəbul edir və hesab edir ki, o, gələcəkdə daha geniş sənədin imzalanması üçün imkanlar yaradır.

"Bu o deməkdir ki, Azərbaycan diplomatik yolu seçib və bu yolu dəstəkləyir", - XİN rəhbəri bildirib.

Ermənistanın mövqeyinə gəldikdə isə, Məmmədyarovun sözlərinə görə, Yerevan bu sənədi qəbul edib-etməməsini bəyan etməlidir, məhz bu zaman Azərbaycan gələcək addımlarını müəyyən edəcək.

"Bildirmək istəyirəm ki, biz XİN-də bu il danışıqların aparılması üçün müxtəlif yolları və variantları müzakirə edirik", - nazir deyib.

Onun sözlərinə görə, Paris prosesi mərhələlidir. "Madrid sənədində bu mərhələlər öz əksini tapıb. İlk mərhələdə Ermənistan silahli qüvvələri beş rayondan öz qoşunlarını çıxartmalıdır (beş rayon və Laçın rayonunun 13 kəndi).

"Silahlı qoşunların çıxarılmasından sonra Ermənistan tərəfi bütün kommunikasiyaları bərpa etməlidir", - Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, daha sonra Ermənistan silahli qüvvələri Laçın və Kəlbəcərdən çıxarıldığı zaman bütün yollar açılmalıdır.

"Təhlükəsizlik məsələsinə gəldikdə isə söhbət, həmçinin, azərbaycanlı qaçqınların qayıtmasından sonra onların təhlükəsizlik probleminin mühüm olduğunu nəzərə alaraq, beynəlxalq müşahidəçilərdən də gedir", - nazir bildirib.

"Azərbaycanlı qaçqınlar Qarabağa qayıtdıqdan sonra Dağlıq Qarabağın statusu müzakirə ediləcək. Bu Azərbaycan torpağıdır və Azərbaycanın hər hansı ərazisinin inzibati nəzarətdən çıxması düzgün deyil. Hər şey Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baş verəcək", - XİN rəhbəri qeyd edib.

"Heç kim öz ərazisini götürüb qaça bilməz. İstər-istəməz qonşularla düzgün siyasət aparılmalıdır, belə ki, prosesin mərhələli həlli ən yaxşı variantdır. Ona görə ki, biz müharibənin nəticələri, Azərbaycan torpaqlarının işğalı və məcburi köçkünlərin problemlərini danışıqlar masasından götürməliyik. Bu nə qədər tez baş versə, bir o qədər yaxşıdır", - nazir bildirib. 

Onun sözlərinə görə, əgər qoşunlar işğal altında olan torpaqlardan çıxarılarsa, bu, həm təhlükəsizlik, həm də iqtisadi baxımdan regionda sadə əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına böyük imkanlar açacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi 4 qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

ABŞ Konqresində "erməni soyqırımı" məsələsinə dair son müzakirələr barədə Azərbaycanın mövqeyi ilə bağlı suala cavab verən nazir bildirib ki, Bakı Konqresin komitəsində qəbul olunan bu sənədi tanımır. "Əgər ABŞ Konqresi yüzillik hadisəni müzakirə edirsə, o zaman 20 illik məsələyə də qiymət verməlidir", - Məmmədyarov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli nizamlanması prosesini dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti