...

Qaçqın və məcburi köçkünlərin geridönmə hüququ əsas və çox önəmli hüquqlardan biridir - Tomas Hammarberq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Aprel 2010 20:14 (UTC +04:00)

Fransa, Strasburq 28 aprel /Trend, müxbir A.Məhərrəmli/

Qaçqın və məcburi köçkünlərin geridönmə hüququ əsas və çox önəmli hüquqlardan biridir. Trend-in məlumatın görə, bu fikirləri Avropa Şurasının (AŞ) insan haqları üzrə komissarı Tomas Hammarberq Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın sualına cavabında səsləndirib.

"Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş azərbaycanlıların əsas hüquqları pozulub. Bu şəxslər 15 ildən artıqdır ki, öz yurd-yuvalarına dönə bilmirlər və onlar öz vətənlərinə qayıtmaq üçün AŞ-dən kömək istəyirlər. AŞ elə addımlar ata bilməz ki, bu insanlar nəhayət öz doğma yurdlarına dönə bilsinlər. Belə ki, Ermənistan artıq 15 ildir ki, onların bu hüquqlarını pozmaqda davam edir", - o deyib.

Tomas Hammaberq qeyd edib ki, qaçqın və məcburi köçkünlərin geridönmə hüququ əsas və çox önəmli hüquqlardan biridir.

"Bu insanların geridönmə hüququ əsas və çox önəmli hüquqlardan biridir və hər bir halda bu hüquqların əldə olunması istiqamətində səy göstərmək lazımdır. Təəssüflə qeyd etmək istəyirəm ki, öz doğma yurd-yuvalarına qayıtmaları imkanlarını həsrətlə gözləyən insanlara münasibət həssas formada olmalıdır və onlara lazımi qayğı göstərilməlidir. Azərbaycana səfərim zamanı mən bu qayğının göstərilməsini dəfələrlə qeyd etmişəm və bununla bağlı müsbət irəliləyişlərin olduğunu hiss etdim. Lakin məcburi köçkünlərin əsas məsələsi - qayıtmaları məsələsi hələ də gündəlikdə durur. Və çox təəssüf ki, bu, daha çox insan haqlarının qorunması sahəsinə deyil, siyasi bir məsələyə çevrilib. Mən bu problemin köklü həllini çox arzulayıram. Lakin qeyd etdiyim bu siyasi məsələnin həlli Minsk qrupunun əlindədir və AŞ İnsan Haqları Komissarlığının bu məsələdə hər hansı bir təzyiq göstərmək imkanları çox zəifdir və real səlahiyyətləri məhduddur. Ümid edirəm ki, yaxın gələcəkdə münaqişə öz həllini tapacaq və bu insanlara münasibətdə ədalət qələbə çalacaq", - deyə, komissar cavabında bildirib.

Xəbər lenti

Xəbər lenti