...

AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin bərpası dialoqu möhkəmləndirəcək - Azərbaycanın Avropa Şurasındakı nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2010 23:20 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasına Dağlıq Qarabağ üzrə qurumun Alt Komitəsinin bərpası təklifi dialoqun gücləndirilməsinə yönəlib, bu fikri Azərbaycanın Avropa Şurasında daimi nümayəndəsi Arif Məmmədov səsləndirib.
AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin bərpası dialoqu möhkəmləndirəcək - Azərbaycanın Avropa Şurasındakı nümayəndəsi

İtaliya, Venesiya, 5 iyun /Trend, xüs. müxb. İ.Kaşey/

Avropa Şurası Parlament Assambleyasına Dağlıq Qarabağ üzrə qurumun Alt Komitəsinin bərpası təklifi dialoqun gücləndirilməsinə yönəlib, bu fikri Azərbaycanın Avropa Şurasında daimi nümayəndəsi Arif Məmmədov səsləndirib.

"Ermənistan nümayəndə heyəti bizə məlum olmayan səbəblərə görə Alt komitənin bərpasının əleyhinə çıxış edib. Baxmayaraq ki, bu, yalnız dialoq üçün bir vasitədir, Parlament Assambleyası səviyyəsində Qarabağ münaqişəsinin müzakirəsidir", - Arif Məmmədov şənbə günü Venesiyada Trend-ə eksklüziv müsahibəsində deyib.

AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsi təxminən bir il əvvəl, qurumun sədri Lord Rassel Constonun vəfatı ilə əlaqədar, öz fəaliyyətini dayandırmışdır. Son yaz sessiyası zamanı Alt komitənin hazırda AŞPA-nın sədri vəzifəsini icra edən Mövlud Çavuşoğlunun başçılığı ilə bərpası müzakirə edilib.

"Ermənistan tərəfi hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu çərçivəsində həll edilməlidir və hər hansı digər vasitəçilik maneə yaradacaq. Təbii ki, bu, AŞ PA üçün mənfi bir siqnaldır, çünki hər hansı bir tərəfın dialoqdan imtinası - onun ciddi problemlər haqqında danışmağa hazır olmadığının göstəricisidir. Əlini uzatmağa hazır olan tərəf isə Avropalıların gözündə həmişə yaxşı görünür", - Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, AŞ PA həmişə obyektivliyi və qərəzsizliyi ilə seçilib.

"O, münaqişənin həllini və müxtəlif məsələlərin, həmçinin mədəni irs və ya icmalar arası dialoq kimi məsələlərin gündəliyə gətirilməsini istəyir. Alt komitənin bərpasının təşəbbüsçüsü olan Mövlud Çavuşoğlu bu yaxınlarda Yerevanda yenidən məsələni qaldırıb, lakin hələ də Ermənistan tərəfindən heç bir təklif daxil olmayıb" Məmmədov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"AŞPA-nın 14-16 -li qətnaməsi var, o bizi prinsip etibarıilə qane edir. Obyektiv olaraq, qətnamə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını tanıyır və qoşunların çıxarılmasına çağırır", - Məmmədov deyib.

Onun fikrincə, Avropa Şurası insan hüquqları, demokratiya və qanunun aliliyi ilə məşğul olan bir təşkilat kimi, münaqişə zamanı və münaqişədən sonrakı dövrdə çox müsbət rol oynaya bilər.

"Sonuncu dövr öz evlərinə qayıdacaq Azərbaycan əhalisinin hüquqlarının, mədəni irsin, yəni Azərbaycan muzeyləri, mədəniyyət ocaqları, qəbirstanlıqların bərpasını nəzərdə tutur", - Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti