...

Rusiya Qarabağ münaqişəsinin nizama salınmasına fəal şəkildə yardım göstərir – Sergey Lavrov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2010 11:36 (UTC +04:00)
Rusiya Qarabağ münaqişəsinin nizama salınmasına fəal şəkildə yardım göstərir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Mir” Televiziya və Radio Şirkətinə verdiyi müsahibəsində, Rusiya xarici siyasət idarəsinin saytında yerləşdirilmiş mətndə bəyan edib, - məlumatı İTAR-TASS yayıb.
Rusiya Qarabağ münaqişəsinin nizama salınmasına fəal şəkildə yardım göstərir – Sergey Lavrov

Rusiya Qarabağ münaqişəsinin nizama salınmasına fəal şəkildə yardım göstərir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Mir" Televiziya və Radio Şirkətinə verdiyi müsahibəsində, Rusiya xarici siyasət idarəsinin saytında yerləşdirilmiş mətndə bəyan edib, - məlumatı İTAR-TASS yayıb.

"Həmrəylik ərazisində ayrı-ayrı münaqişələr  davam edir, bu, hər şeydən öncə Rusiyanın  həllinə fəal şəkildə yardım göstərmək istədiyi Qarabağ münaqişəsidir", - Lavrov bəyan edib. - "Qarabağ münaqişəsinin həlli üzrə xeyli yol keçilib", - o xatırladıb. - "Bu yaxınlarda Peterburqda "iqtisadi forum" çərçivəsində Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistan və Azərbaycan prezidentləri ilə altıncı görüşü keçirilib. Bu görüşün yekunlarına əsasən əlavə tapşırıqlar verilib", - xarici siyasət idarəsinin rəhbəri əlavə edib. - "Belə hesab edirik ki, qeyri-rəsmi tədbir çərçivəsində - iyulun ortalarında Almatıda keçiriləcək ATƏT-in Xarici İşlər Nazirlərinin Şurasında Ermənistan və Azərbaycanın xarici işlər nazirləri, həmçinin, Minsk qrupu həmsədr ölkələrinin digər nümayəndələri ilə görüşlər keçirəcəyik".

Dnestryanı münaqişənin nizama salınması məsələsinə gəldikdə isə Rusiyanın xarici işlər naziri Sergey Lavrova belə bir sual verilib: "Kişinyovda  qərarları kim verir?". "Keçirilən seçkilərin yekunlarına əsasən hakimiyyətə keçən alyans vahid mövqe tuta bilmir", - o bildirib. "Prezident Moldova millətinin mövcudluğuna qarşı çıxan bəyanat yayır ki, bu da belə bir sual ortaya çıxarır: o, Moldova dövlətçiliyinə inanır, yoxsa yox? Əgər cavab yoxdursa, onda, çətin ki, Dnestryanıda yaşayanlar Moldovanın digər hissəsi ilə birlikdə hansısa başqa dövlətlə birləşmək istəsinlər", - Lavrov qeyd edib. - "Buna ümid etmək, sadəcə, utopiya olardı. Buna görə də biz Kişinyovun bu məsələyə necə münasibət göstərdiyini bilmək istərdik", - Rusiyanın xarici işlər naziri qeyd edib. "Moldovada siyasi sabitliyi hər hansısa yolla bərqərar etmək üçün növbəti seçkilər keçiriləcək. Bundan sonra artıq Kişinyovun planları ilə bağlı müəyyən nəticələr çıxarmaq olar", - Lavrov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti