...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Avqust 2010 12:15 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozub

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, düşmən hərbçiləri avqustun 9-da saat 10:30-dan 10:45-dək və 13:45-dən 13:55-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Ağstafa rayonunun Köhnə Qışlaq kəndlərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti