...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Oktyabr 2010 10:29 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin şənbə günü yaydığı məlumata görə, erməni hərbçiləri oktyabrın 15-də saat 13:00-dan 13:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 13:20-dən 13:25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 16:00-dan 16:20-dək Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti