...

İran-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımı məsələsini gündəliyinə salmalıdır - Kazım Cəlali

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Dekabr 2010 20:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir T.Cəfərov/

İran-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımı ilə bağlı məsələni öz gündəliyinə salıb araşdırmalıdır. Bunu cümə günü Trend-ə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Kazım Cəlali deyib.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirildi. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan, Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1 000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1 275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Kazım Cəlali həmçinin bildrib ki, region və regiondankənar bəzi qüvvələr Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək İran-Azərbaycan münasibətlərinin pisləşməsinə çalışırlar.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi İran-Azərbaycan əlaqələrinə kölgə salmamalıdır", - Cəlali bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti