Azərbaycan, Bakı, 7 iyun /Trend/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 7-də saat 00.35-dən 00.45-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.