...

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünün nəticələri məyusedicidir - LINKS rəhbəri Dennis Sammut

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2011 11:38 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünün nəticələri məyusedicidir, belə ki, o, müşahidəçilərin ümidlərini doğrultmadı.
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünün nəticələri məyusedicidir - LINKS rəhbəri Dennis Sammut

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünün nəticələri məyusedicidir, belə ki, o, müşahidəçilərin ümidlərini doğrultmadı. Trend-in məlumatına görə, bu barədə Trend-ə Britaniyanın LINKS (Münaqişələr və dövlət quruculuğu üzrə London İnformasiya Şəbəkəsi) QHT-nin icraçı direktoru Dennis Sammut bildirib.

"Lakin danışıqların tam iflasa uğradığını söyləmək olmaz, belə ki, tərəflər baxılan məsələlərdə bəzi irəliləyişlərin olduğunu, həmçinin əvvəlki kimi sülh prosesinə sadiq olduqlarını qeyd edirlər", - Sammut deyib.

Onun sözlərinə görə, müzakirələrin ən yaxın vaxtlarda davam etdirilməsi vacibdir.

"Uzun illərdir davam edən danışıqlarda əldə olunan nəticələr yekunlaşdırılmalıdır. Beynəlxalq vasitəçilər nəticələrin belə möhkəmləndirilməsinə nail olmaq üçün alternativ yanaşmaları öyrənməlidirlər", - o deyib.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Kazanda keçirilən sammitdə Dağlıq Qarabağ münaqişəsinin baza prinsipləri əsasında həlli ilə bağlı razılığa gələ bilməyiblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan cümə günü Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər.

"Dövlət başçıları bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu qeyd ediblər. Bu məsələlərin həlli əsas prinsiplərin təsdiq olunması üçün şəraitin yaranmasına kömək edəcək", - bəyanatda bildirilir.

"Görüş iştirakçıları əsas prinsiplər layihəsinin təsdiq olunması məqsədilə aparılan işin gedişinə nəzər salıblar", - sənəddə qeyd olunur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Materialın hazırlanmasında Y.Ostapenko iştirak edib.

Xəbər lenti

Xəbər lenti