...

ATƏT PA-da Minsk qrupunun həmsədrlərinin məruzələri dinləniləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2011 10:56 (UTC +04:00)
Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat ATƏT PA-nın payız sessiyasında iştirak etmək üçün oktyabrın 6-dan 11-dək Xorvatiyanın Dubrovnik şəhərində səfərdə olacaq.
ATƏT PA-da Minsk qrupunun həmsədrlərinin məruzələri dinləniləcək

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat ATƏT PA-nın payız sessiyasında iştirak etmək üçün oktyabrın 6-dan 11-dək Xorvatiyanın Dubrovnik şəhərində səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə parlamentin komitə sədrləri Rəbiyyət Aslanova, Eldar İbrahimov, deputatlardan Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev daxildirlər.

Sessiyada "ATƏT-in münaqişələrin həllində rolu: Dağlıq Qarabağ" mövzusunda xüsusi təqdimat keçiriləcək, münaqişə barədə, təşkilatın Parlament Assambleyasında ilk dəfə olaraq, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin məruzələri dinləniləcək, məruzələr ətrafında müzakirələr aparılacaq.

Sessiyada, həmçinin Cənub-Şərqi Avropa regionunun inkişafı, bu regionun ölkələri arasında iqtisadi əməkdaşlıq, onların Avroatlantik məkana inteqrasiyası, Aralıq dənizi bölgəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi və digər məsələlərə də baxılacaq.

İclaslarda nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.

Xəbər lenti

Xəbər lenti