...

Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2011 16:56 (UTC +04:00)
Minsk qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasye və İqor Popov çərşənbə günü Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşüblər.
Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşüblər

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri Robert Bradtke, Bernar Fasye və İqor Popov çərşənbə günü Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşüblər.

Azərbaycanlı icmanın nümayəndələri yenə həmsədrlərin diqqətinə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma yerlərindən məcburi köçkün düşənlərin qısa müddətdə öz torpaqlarına qayıtmaq istəyini çatdırıblar. Bu barədə çərşənbə günü Trend-ə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov məlumat verib.

İcma nümayəndələrinə Bernar Fasyeni bu postda əvəz edəcək Minsk qrupunun Fransadan olan yeni həmsədri Jak For təqdim olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti