...

Hərbi prokuror: Azərbaycan torpaqlarında qətliam törətmiş və təşkil etmiş insanlar mühakimə ediləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2012 12:37 (UTC +04:00)
Azərbaycan nəinki işğal olunmuş torpaqları qaytaracaq, hətta 20 il bundan qabaq həmin torpaqlarda qətliam törətmiş və bunu təşkil etmiş insanları mühakiməyə cəlb edəcək.
Hərbi prokuror: Azərbaycan torpaqlarında qətliam törətmiş və təşkil etmiş insanlar mühakimə ediləcək

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan nəinki işğal olunmuş torpaqları qaytaracaq, hətta 20 il bundan qabaq həmin torpaqlarda qətliam törətmiş və bunu təşkil etmiş insanları mühakiməyə cəlb edəcək. Trend-in məlumatına görə, bunu Qaradağlı soyqırımına həsr olunmuş Qaradaqlı.org saytının təqdimatında Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib.

Vəliyevin sözlərinə görə, bu mühakimə tək Azərbaycan xalqına deyil, bütün insanlara lazımdır. O, İsveçrə, Fransa və digər qondarma "erməni soyqırımı" ilə bağlı qanun qəbul edən ölkələrə müraciət edərək deyib ki, XXI əsrdə insanlara dini mənsubiyyətinə, inancına görə qiymət verilməməlidir.

"Nə üçün 100 il bundan qabaq baş vermiş hadisələrə münasibət bildirilir, lakin 20 il əvvəl hamının gözü qarşısında törədilmiş, kameraların obyektivinə həkk olunmuş cinayət aktları diqqətdən kənarda qalır", - hərbi prokuror qeyd edib.

Qeyd edək ki, 1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçiblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər dörd gün düşmənlə mübarizə aparıb. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti