Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir K.Zərbalıyeva/
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları azərbaycanlı hərbi əsirə baş çəkiblər. Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.