...

Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı gələcəkdə də dəstəkləyəcək - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2012 18:16 (UTC +04:00)
BMT-nin Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın mövqeyini dəstəkləyən və beynəlxalq səviyyədə tanınan bir sıra qətnamələri var. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Pakistan parlamentinin Kəşmir üzrə komitəsinin sədri Mövlanə Fəzlürrəhman deyib.
Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı gələcəkdə də dəstəkləyəcək - deputat

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbirlər E.Tariverdiyeva, E.Mehdiyev/

BMT-nin Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın mövqeyini dəstəkləyən və beynəlxalq səviyyədə tanınan bir sıra qətnamələri var. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Pakistan parlamentinin Kəşmir üzrə komitəsinin sədri Mövlanə Fəzlürrəhman deyib.

"Azərbaycanın Kəşmir məsələsində həmişə Pakistanın mövqeyini dəstəklədiyini nəzərə alsaq, hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycana qarşı işğal və təcavüz məsələlərində Azərbaycanın mövqeyini dəstəkləmək prinsipial xarakter daşıyır. Pakistan gələcəkdə də Azərbaycanı tam dəstəkləyəcək", - Fəzlürrəhman vurğulayıb.

Onun sözlərinə görə, Asiya və Avropanın kəsişməsində yerləşən Azərbaycan Mərkəzi Asiya və Qafqazda mühüm ölkədir.

"Biz hesab edirik ki, Azərbaycan tərəfindən Kəşmir məsələsi üzrə mənəvi və siyasi dəstək verilməlidir", - o bildirib.

Fəzlürrəhmanın sözlərinə görə, ölkə 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycana ilk dəfə səfər edir. Hazırda Azərbaycan tanınmayacaq qədər dəyişib.

"Mən Azərbaycanda xeyli tərəqqi və inkişaf gördüm. Burada özümü yad hiss etmirəm, çünki bizi mədəniyyət, tarix, ənənələr, din birləşdirir", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti