...

ATƏT-in fəaliyyətdə olan sədri: Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət diqqətdədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Yanvar 2013 13:41 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında vəziyyət ATƏT-in diqqətindədir.
ATƏT-in fəaliyyətdə olan sədri: Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət diqqətdədir

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbirlər E.Tarıverdiyeva, E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında vəziyyət ATƏT-in diqqətindədir. Trend-in məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna XİN-in rəhbəri Leonid Kojara Vyanada təşkilata Ukraynanın sədrliyinin başlaması ilə bağlı tədbirdə bildirib.

"Biz ATƏT-in Minsk qrupunun çoxillik səylərini davam etdirməli və münaqişə tərəflərinin danışıqları üçün bütün imkanlardan istifadə etməliyik", - o deyib.

XİN rəhbərinin sözlərinə görə, Ukrayna ATƏT-in Minsk qrupunu və münaqişə ətrafında sülh danışıqlarının gələcəkdə davam etdirilməsini dəstəkləyir.

Kojara qeyd edib ki, ATƏT məkanında həlli yubanan münaqişələr bütün Avropanın təhlükəsizliyini təhlükə altına alır. "Həmin münaqişələrin həlli ATƏT-in fəaliyyəti üçün prioritet olmalıdır", - təşkilatın fəaliyyətdə olan sədri hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti