...

İqdırda Qaradağlı və Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2013 13:03 (UTC +04:00)
Konfransın təşkilatçılarından olan Türk Eğitim Sen İqdır şöbəsi başqanı Ali Arslan açılış çıxışında 1992-ci ilin fevral ayında ermənilərin Qaradağlıda və Xocalıda bir soyqırım törətdiklərini dedi və bütün dünyanın ermənilərin bu vəhşiliyini bilməli və qınamalı olduğunu söylədi.
İqdırda Qaradağlı və Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Konfransın təşkilatçılarından olan Türk Eğitim Sen İqdır şöbəsi başqanı Ali Arslan açılış çıxışında 1992-ci ilin fevral ayında ermənilərin Qaradağlıda və Xocalıda bir soyqırım törətdiklərini dedi və bütün dünyanın ermənilərin bu vəhşiliyini bilməli və qınamalı olduğunu söylədi.

Konfransın aparıcısı araşdırmaçı və tarixçi Arslantürk Akyıldız isə ermənilərin 1915-ci ildən bəri , yəni Türk millətinə qarşı düşmənçiliyə başladıqları o gündən bəri hər fürsətdə Türk millətinə qarşı hücumlar təşkil etmələrinə diqqət çəkərək bunları söylədi: "Ermənilət Türk millətinin yaşadığı hər yerdə qətliam, soyqırımlar törətmişlər, silahsız insanları şəhid etmişlərdir. Azərbaycanda da eyni qətliamları, soyqırımları Xocalıda, Qarabağda, Qaradağlıda törətmişlər, dinc insanlara qarşı vəhşilik etmişlər. Ermənilərin törətdikləri bu vəhşilikləri sadalamaqla bitmir".

Tədbirdə çıxış edən Türkiyənin millət vəkili Sinan Oğan Xocalı soyqırımı haqqında danışaraq, bu soyqırımın beynəlxalq aləm tərəfindən tanınmağın vacibliyini qeyd etdi və beynəlxalq aləmi erməniləri Azərbaycanın işğal etdiyi torpaqlarından geri çəkilmələri üçün təzyiq göstərməyə çağırdı. Türkiyəli millət vəkili qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərmələrinin daha da genişləndirilməsinin vacibliyini vurğuladı.

Tədbirdə iştirak edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışında bildirmişdi ki, Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edilir. Ermənistan dövlət rəsmilərinin təkcə tarix qarşısında deyil, ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edən Qənirə Paşayeva bunları söylədi:

"Xocalı soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı edilmiş bir cinayətdir. Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir. Ermənistan Azərbaycanın 20% torpağını işğal altında saxlayır. Bu gün 1 milyon Azərbaycan Türkü evinə dönə bilmir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur."

Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var - birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

"Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq", - deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən professor Yusuf Halaçoğlu ermənilərin taxir boyu türklərə qarşı soyqırım siyasəti yürütdüklərini, Xocalı Soyqırımının bütün türklərərə qarşı bir soyqırım olduğunu bildirdi və erməni yalanlarına qarşı mübarizədə Azərbaycan ilə Türkiyə arasında bilirk və bərabərliyin daha da gücləndirilməsinin vacibliyini qeyd etdi.

Azərbaycan millət vəkili Aydın Mirzəzadə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında heç bir şey əldə edə bilmədiklərini, iqtisadi cəhətdən çətinliklər yaşadığını qeyd edərək, "əgər işğal edilən torpaqlar olmasaydı, Xocalı faciəsi də yaşanmazdı və ermənilər Azərbaycan ilə dost olsaydılar, indi inanıram ki, iqtisadiyyatları da daha yaxşı olardı. Xocalıda yaşananlar bir soyqırımdır, ermənilər bunun hesabını verəcəklər", - dedi.

Tədbirdə İqdır valisinin müavinləri Şenol Kaya, Hacı Uzkuç, Azərbaycanın Qarsdakı baş konsulu Asiman Əliyev, Türkiyə Azərbaycan dərnəyinin baş katibi Ənvər Türkoğlu, İqdır şöbəsi başqanı Serdar Ünsal, İstanbul Azərbaycan dərnəyinin sədri Səfər Karakoyunlu və başqaları çıxış edərək bu cür tədbirlərin əhəmiyyətini qeyd etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti