...

Türkiyənin Giresun şəhərinin Atatürk mərkəzi parkında Xocalı soyqırımını anma tədbiri keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 11:34 (UTC +04:00)
Fevralın 25-də Türkiyənin Giresun şəhərinin Atatürk mərkəzi parkında Xocalı soyqırımını anma tədbiri keçirilib. Bu barədə Trend-ə tədbirdə iştirak edən Milli Məclisin üzvü Aydın Mirzəzadə bildirib.
Türkiyənin Giresun şəhərinin Atatürk mərkəzi parkında Xocalı soyqırımını anma tədbiri keçirilib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Fevralın 25-də Türkiyənin Giresun şəhərinin Atatürk mərkəzi parkında Xocalı soyqırımını anma tədbiri keçirilib. Bu barədə Trend-ə tədbirdə iştirak edən Milli Məclisin üzvü Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, Giresun Universitetinin təşkil etdiyi tədbirdə universitetin müəllim və tələbələri, valilik və bələdiyyə nümayəndələri, Azərbaycanı sevən şəhər vətəndaşları da daxil olmaqla, ümumilikdə 3 minə qədər insan iştirak edib.

Tədbirdə "Türkün qanayan yeri - Xocalı", "İnsanlığın görmədiyi vəhşilik - Xocalı qətliamı", "Tək millət - Xocalıya ədalət" və digər bu məzmunlu plakatlar qaldırılıb.

Türkiyə və Azərbaycanın himnləri səsləndikdən sonra Xocalı soyqırımında Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocalı soyqırımı hadisələri və onun qurbanları Giresun Universitetinin tələbələri tərəfindən teatrlaşdırılmış formada təsvir edilib.

Tədbirdə Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan, Azərbaycan Milli Məclisinin üzvü Aydın Mirzəzadə, Giresun Universitetinin rektoru, Azərbaycan əsilli Aygün Attar iştirak ediblər.

Bir saata qədər davam edən tədbir Türkiyə KİV-i tərəfindən geniş işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti