...

Almaniyalı tədqiqatçı: Beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanın açıq-aşkar haqlı mövqeyi və üstünlüyü görsənir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2013 10:59 (UTC +04:00)
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Almaniyanın Sülh Araşdırmaları İnstitunun Araşdırmalar Departamentinin rəhbəri Hans- Joachim Spanger ilə İcmanın rəhbəri Bayram Səfərov, Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov və İcma əməkdaşları arasında görüş keçirilib.
Almaniyalı tədqiqatçı: Beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanın açıq-aşkar haqlı mövqeyi və üstünlüyü görsənir (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Almaniyanın Sülh Araşdırmaları İnstitunun Araşdırmalar Departamentinin rəhbəri Hans-Joachim Spanger ilə icmanın rəhbəri Bayram Səfərov, Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov və icma əməkdaşları arasında görüş keçirilib.

İcmadan Trend-ə verilən məlumata görə, görüşü giriş sözü ilə açan Bayram Səfərov ilk öncə qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırki durumu haqqında geniş məlumat verib.

İcma rəhbəri münaqişənin həlli ilə bağlı iyirmi ildir ki, cəhdlər edən bir sıra beynəlxalq qurumların ikili standartlara yol verdiyini və münaqişənin həllində qətiyyətli mövqe göstərmədiklərini qonağın diqqətinə çatdıraraq vurğulayıb ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna bilər.

Almaniyalı tədqiqatçı isə öz növbəsində bildirib ki, beynəlxalq hüquq baxımından bu münaqişənin həllində Azərbaycanı açıq şəkildə dəstəkləyir: "Bir sıra ölkələrdə olan erməni diasporu və lobbisi münaqişənin həlli prosesinə çətinliklər yaratsa da son dövrlərdə Azərbaycan tərəfinin diplomatik fəaliyyəti nəticəsində beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanın açıq-aşkar haqlı mövqeyi və üstünlüyü görsənir. Biz bilirik ki, Azərbaycan bu gün regionun ən inkişaf etmiş ölkəsidir və münaqişənin həllində hərbi yola da əl atmaq imkanı var, amma dünya ictimaiyyəti yenidən müharibənin başlanmasına imkan verməməli və münaqişənin qısa bir zamanda sülh yolu ilə həll olunmasında bütün imkanlarından istifadə etməlidir".

Sonra icma rəhbəri Bayram Səfərov qeyd edib ki, Azərbaycan xalqı münaqişənin həllində Prezident İlham Əliyevin tutduğu sülh yolunu dəstəkləyir, "lakin hər an ali baş komandanın əmri ilə öz doğma torpaqlarımızı düşməndən azad etməyə hazırıq: "Cənab Prezindentin də qeyd etdiyi kimi, Azərbaycan Dağlıq Qarabağa və Qarabağda yaşayan ermənilərə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək statusun verilməsinə hazırdır və biz də münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunub, orada olan ermənilərlə Azərbaycan vətəndaşı kimi birgə yaşamağa hazırıq".

Daha sonra görüş tərəfləri maraqlandıran digər sual-cavab və müzakirələrlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti